Azarkeşləri Arsenal-ı Bakıda tək qoymayacaq


İdman 26 Sen 2018 16:46:00 306 0

Azarkeşləri Arsenal-ı Bakıda tək qoymayacaq

"Arsenal"ı "Qarabağ"la Bakıda keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçında ən azı 500 azarkeş dəstəkləyəcək. 

Goal.az xəbər verir ki, bu barədə "Report"a "Qarabağ" klubunun mətbuat xidmətindən məlumat verilib. Mənbə London təmsilçisinin tribunada 500 azarkeşlik yer istədiyini bildirib. 

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də başlayacaq. İndiyədək oyuna 20 mindən çox bilet satılıb.