Sporting Slavçevi Qarabağ-a pulsuz buraxıb


İdman 26 Sen 2018 15:07:00 270 0

Sporting Slavçevi Qarabağ-a pulsuz buraxıb

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya Sporting-inin yay transfer pəncərəsində xərclədiyi məbləğ müəyyənləşib. Goal.az xəbər verir ki, Lissabon təmsilçisi yeni mövsümün əvvəlində heyətinə qatdığı oyunçulara 20.75 milyon avro sərf edib. Komanda ən böyük məbləği Qarabağ-la oyunda bir qol və məhsuldar ötürmə ilə yadda qalan Rafinya üçün verib. Sporting 22 yaşlı hücümçudan ötrü Vitoria Guimaraes-a 6.5 milyon avro ödəyib.

Klub Emiliano Viviano üçün 2 milyon avro, Brunu Qaşpar və Abdulay Diabi üçün 4.5 milyon avro, Nemanya Qudel üçün 3 milyon avro və Renan Ribeyro üçün 250 min avro ödəyib.

Komanda ulduz futbolçusu Luiş Nani və Merselo dos Santosun transferindən ötrü xərcə düşməyib. 

Sporting həmçinin yay transfer pəncərəsində Qarabağ-ın heyətinə qatdığı Simeon Slavçev və İspaniya Girona-sına keçən Seydu Dumbiyanın transferindən gəlir əldə edə bilməyib. Lissabon klubu əmək haqqı ödəməmək üçün onları pulsuz buraxıb. 

Sporting 2017-2018 mövsümünün yay transfer pəncərəsində 44.5 milyon avro xərcləyib.