İtaliylı futbolçuya dopinq şoku


İdman 25 Sen 2018 18:15:00 280 0

İtaliylı futbolçuya dopinq şoku

İtaliya millisinin keçmiş üzvü Cüzeppe Rossi futboldan uzaqlaşdırıla bilər. Goal.az xəbər verir ki, buna səbəb futbolçunun dopinqdən istifadə etməsi olub. Bu barədə İtaliyanın Antidopinq Agentliyi məlumat yayıb. Xəbərdə ötən mövsüm “Genoa” forması geyinən 31 yaşlı futbolçudan A Seriyasının sonuncu turunda - “Benevento” - “Genoa” matçından sonra alınan dopinq testlərinin müsbət çıxdığı bildirilib.

1 iyuldan etibarən azad agent statusu daşıyan Rossinin bir il futboldan uzaqlaşdırılacağı gözlənilir.