Karius: "Ramos məndən üzr istəməli idi"


İdman 25 Sen 2018 15:24:00 292 0

Karius: "Ramos məndən üzr istəməli idi"

İcarə əsasında "Liverpool"dan "Beşiktaş"a keçən Loris Karius ötən il Çempionlar Liqasının finalında qolla nəticələnən kobud səhvlərini xatırlayıb.

Goal.az xəbər verir ki, alman qapıçı "Real"a 1:3 hesabı ilə uduzduqları görüşdə "kral klubu"nun kapitanı Serxio Ramosun ona dirsəyi ilə zərbə endirdiyini bildirib. Karius ispan futbolçunun buna görə ondan üzr belə istəmədiyini söyləyib:

"Məni bilərəkdən vurub-vurmadığını yalnız Ramos özü deyə bilər. Amma istənilən halda o, məndən üzr istəmədi. Tibbi müayinənin nəticələri də təsdiq etdi ki, həmin vaxt görmə qabiliyyətim pozulmuşdu. Çünki normal şərtlərdə mən o qolları buraxmazdım".

Qeyd edək ki, Karius qarşıdakı 2 mövsümü icarə əsasında "Beşiktaş"da keçirəcək.