AFFA həm məşqçiləri, həm də futbolçuları cəzalandırdı


İdman 25 Sen 2018 13:44:00 346 0

AFFA həm məşqçiləri, həm də futbolçuları cəzalandırdı

İntizam Komitəsi Azərbaycan Premyer Liqasının V turu ilə bağl qərarlarını açıqlayıb.

Goal.az AFFA-ya istinadən xəbər verir ki, 22 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər bir məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur (maddə 62).

Oyun sonrası mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasov hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.

23 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının V turunun “Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Klennon Andre ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8).

23 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).

21 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Keşlə-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

21 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Qaradağ Lökbatan” – “Sabah-2” matçında 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).

21 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IV turunun MOİK – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

20 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 19 №-li futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).

19 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Xəzər Cənub” matçının 20-ci dəqiqəsində “Xəzər Cənub” klubunun məşqçisi Hadi Abazeri və komandanın direktoru Rahim Səmidov texniki zonadan kənarlaşdırıldıqları üçün hər bir şəxs 1 oyun cəzalanır (maddə 62).

22 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Ulduz” – “Sovetski” matçının 13-cü dəqiqəsində “Sovetski” klubunun 17 №-li futbolçusu Fərid Şahbazov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

22 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Füzuli” – “Standart” matçında "Füzuli" komandasının heyətində yetərsay olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Baker Hughes” – “Dalğa” matçının 10-cu dəqiqəsində “Dalğa” klubunun 1 №-li futbolçusu Məhəmməd Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).