Roma baş məşqçisini istefaya göndərir


İdman 24 Sen 2018 14:54:00 250 0

Roma baş məşqçisini istefaya göndərir

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya klubunu rəhbərliyi və şəxsən prezident Ceyms Pallotta 49 yaşlı mütəxəssisi bu mövsümün startında qeyri-kafi nəticələrə görə istefaya göndərməyi düşünür. Rəhbərliyin Di Françeskonun əvəzinə namizədləri də müəyyənləşdirdiyi iddia olunub. Əsas namizədin Tyanszin Syuanszyan-nın (Çin) baş məşqçisi Paulo Souza olduğu bildirilib. Rəhbərlik bundan əvvəl Fiorentina-da işləyən P.Souzanın italyan futbolunu yaxşı tanıdığını, və Di Françeskonu layiqli əvəzləyəcəyini düşünür. Namizədlər arasında Antonio Konte, Loran Blan və Vinçenso Montella da olduğu yazılıb.

Roma baş məşqçisi Eusebio Di Françesko ilə yolları ayıra bilər.

Qeyd edək ki, Roma A seriyasında 5 turdan sonra 5 xalla 14-cü pillədə qərarlaşıb.