Ronaldo FİFA-nın tədbirinə getmir


İdman 24 Sen 2018 11:16:00 324 0

Ronaldo FİFA-nın tədbirinə getmir

Goal.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, Turin klubunun digər oyunçuları kimi komandanın sıx qrafikinə görə tədbirə getməkdən imtina edib. Dünən "Frozinonze" ilə oynayan Juventus çərşənbə günü Bologna ilə qarşılaşacaq.

Portuqaliya millisinin və Juventus-un futbolçusu Kriştiano Ronaldo FİFA-nın Londonda təşkil etdiyi mükafatlandırma mərasiminə qatılmayacaq.

Qeyd edək ki, K.Ronaldo FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatına üç namizəddən biridir.