Deniz Yılmazın komandası növbəti qələbəsini qazanıb


İdman 23 Sen 2018 15:07:00 333 0

Deniz Yılmazın komandası növbəti qələbəsini qazanıb

Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib. Goal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi Genclerbirliyi də növbəti matçına çıxıb. Ankara klubu səfərdə Ümraniyyəspor-la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Maksimum nəticə göstərən Genclerbirliyi 6 turdan sonra 18 xalla 18 kollektiv arasında 1-cidir.