"Hazırki vəziyyətdən razı deyiləm"


İdman 23 Sen 2018 12:06:00 302 0

"Hazırki vəziyyətdən razı deyiləm"

Chelsea-nin baş məşqçisi Mauritsio Sarrinin planlarına daxil olmayan Qari Keyhill yanvar ayında komandadan ayrıla bilər. Goal.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən müdafiəçi hazırkı vəziyyətindən razı olmadığını bildirib:

“Oynamamağı qəbul edəcək futbolçu deyiləm. Bəzən karyeran üçün çətin qərarlar vermək məcburiyyətində qalırsan. 7 ildir böyük işlərin bir parçası olan futbolçu kimi, hazırkı vəziyyətimdən razı deyiləm. Bəli, böyük ehtimalla, yanvarda komandadan ayrılacam”.

2012-ci ildən “zadəganlar”ın şərəfini qoruyan ingiltərəli müdafiəçi 189 oyuna 13 qol vurub.