"Rəqibdən daha istəkli idik"


İdman 23 Sen 2018 11:04:00 241 0

"Rəqibdən daha istəkli idik"

"Neftçi”nin müdafiəçisi Tural Axundov "Zirə” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu komandasının qalib gələcəyinə inandığını deyib:

"Oyunun bu tempdə keçəcəyini gözləyirdik. Çünki "Zirə”nin baş məşqçisi Samir Abasovun necə məşq keçdiyini bilirəm. Rəqibin istəkli olduğu görünürdü. Bununla belə, biz onlardan daha istəkli idik. Düzdür, hesabı açandan sonra sanki bizdə arxayınlaşma oldu. Amma rəqib hesabı bərabərləşdirəndən sonra özümüzə gəlib qol vurduq. Qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. Artıq gələn oyuna köklənməliyik”.