Roberto Bordin: "Kifayət qədər yaxşı oyun nümayiş etdirdik"


İdman 23 Sen 2018 10:26:00 303 0

Roberto Bordin: "Kifayət qədər yaxşı oyun nümayiş etdirdik"

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Rəqib komandanın baş məşqçisi ilə mübahisə qarşılıqlı anlaşılmazlıq nəticəsində yarandı. Düşünürəm ki, hər ikimizin bu hərəkəti komandaların xeyrinə olmadı. Peşmanam. Komandamdan hər hansı futbolçu milliyə dəvət alırsa, bu məni sevindirir. Mirabdulla Abbasov yaxşı məşq edir, yaxşı oyunçudur. Ümumiyyətlə, məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçular oynamaq şansı qazanır. Sevindirici haldır ki, kifayət qədər ehtiyat futbolçumuz var”.

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 5-ci turun "Zirə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini bildirib. Goal.az xəbər verir ki, italiyalı mütəxəssis komandamızın yaxşı oyun göstərdiyini deyib: "Bu gün ciddi müqavimət göstərən, qalib gəlmək istəyən rəqiblə qarşılaşdıq. "Zirə” oyunu ilə göstərdi ki, haqq etdiyi mövqedə deyil. Biz isə kifayət qədər yaxşı oyun nümayiş etdirdik”.