Emeqara: "Sporting-ə evdə qalib gələ bilərik"


İdman 21 Sen 2018 17:52:00 204 0

Emeqara: "Sporting-ə evdə qalib gələ bilərik"

Qarabağ-ın hücumçusu İnnosent Emeqara Avropa Liqasının qrup mərhələsində Sporting-ə məğlubiyyətdən (0:2) sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, isveçrəli forvard bunları deyib:

"Ağır oyun oldu. Matçın ilk hissəsini yaxşı keçirdik. Güclü rəqibə uduzduq. Sporting-ə qarşı evdə yaxşı oynaya və onlara qalib gələ bilərik. Mənim bir neçə şansım oldu. İkinci hissədəki epizodum daha yaxşı idi. Ancaq rəqib qapıçı düzgün mövqeydə dayanmışdı. Növbəti oyunları düşünməliyik".