Azərbaycan - Qazaxıstan: statistika


İdman 21 Sen 2018 15:18:00 262 0

Azərbaycan - Qazaxıstan: statistika

Sentyabrın 23-də, saat 16:00-da, Bakı İdman Sarayında Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Goal.az xəbər verir ki, millimiz indiyə qədər ən böyük hesablı qələbəsini məhz Qazaxıstanla oyunda əldə edib. Gürcüstanda 2002-ci ildə təşkil edilmiş turnirdə iştirak edən komandaların duelində millimiz 14:2 hesablı qələbəyə sevinib. Bu komandamızın 12 top fərqi ilə qələbə qazandığı hələ ki, yeganə oyundu. Rəqibin isə bu qədər top fərqi ilə məğlub olduğu ikinci qarşılaşmadı. İlk dəfə 1996-cı ildə İranda bu ölkənin millisinə 12 top fərqi ilə uduzan qazaxlar növbəti belə yenilgi ilə 6 il sonra barışmalı olub. Bu iki nəticə Qazaxıstan millisinin antirekordudu. Komandalar ümumilikdə 5 dəfə üz-üzə gəlib. Bu matçlardan biri rəsmi, digər dördü beynəlxalq turnirlər çərçivəsində baş tutub. Avropa çempionatının Bakıda keçirilmiş seçmə qrup mərhələsi çərçivəsində millimiz rəqibindən güclü olub. Ümumilikdə 3 matçda qələbə qazanan komandamız bir dəfə meydanı məğlub tərk edib. Ötən il İranda keçirilmiş turnirdə isə heç-heçə qeydə alınıb. Millimiz 28 qol vurub, rəqibin 15 dəfə qol sevinci yaşamasına mane ola bilməyib. İindiyə qədər keçirilmiş oyunların nəticələrini diqqətinizə çatdırırıq:

28.07.2002.

 BT. Azərbaycan – Qazaxıstan  14:2 (Gürcüstan)

18.01.2008. 

BT. Azərbaycan – Qazaxıstan  4:3 (Azərbaycan)

24.02.2011. 

AÇSO. Azərbaycan – Qazaxıstan  6:3 (Azərbaycan)

01.12.2014. 

BT. Azərbaycan – Qazaxıstan 1:4 (Özbəkistan)

06.12.2017. 

BT Azərbaycan – Qazaxıstan  3:3 (İran)