Neftçi-nin daha bir tərəfdaşı müəyyənləşib


İdman 20 Sen 2018 17:27:00 314 0

Neftçi-nin daha bir tərəfdaşı müəyyənləşib

Neftçi-nin tərəfdaşları arasına daha bir şirkət daxil olub. Goal.az xəbər verir ki, bu, "Mineral Sular” MMC-dir. Tərəflər arasında bağlanmış 1 illik müqaviləyə əsasən, "Mineral Sular” bu müddət ərzində "Neftçi”nin bütün su təminatını öz üzərinə götürüb.

Razılaşmanın şərtlərinə görə, "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

Yeni sponsorlar axtarışını davam etdirən klubun yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacağı gözlənilir.