Məhəmməd Salahın zədəsi tam sağalmayıb


İdman 20 Sen 2018 17:08:00 250 0

Məhəmməd Salahın zədəsi tam sağalmayıb

Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ilk oyunda PSJ-ni 3:2 hesabı ilə məğlub edən Liverpool-un hücumçusu Məhəmməd Salahın 4 ay əvvəl aldığı zədənin sağalmadığı iddia olunur. Goal.az xəbər verir ki, misirli futbolçu PSG ilə matçda əvəz edilərkən formasını çıxarıb. Bu zaman onun Çempionlar Liqasının son finalında zədələndiyi üçün çiyninə taxılan sarğının hələ də yerində olduğu görülüb. Bundan sonra futbolçunun tam sağalmadığı və aldığı zədənin ciddi olması müzakirə mövzusuna çevrilib.

Real-ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının final matçında Salahı zədələyib. Bundan sonra Salah oyunu vaxtından əvvəl - 30-cu dəqiqədə tərk etməli olub. Oyun Real-ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.