Alleqri: "VAR Ronaldo epizodunda hakimə kömək edə bilərdi"


İdman 20 Sen 2018 10:33:00 251 0

Alleqri: "VAR Ronaldo epizodunda hakimə kömək edə bilərdi"

Juventus-un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ilk mərhələsini birinci turunda Valencia üzərində qələbəni (2:0) şərh edib.

Goal.az xəbər verir ki, baş məşqçi Ronaldonun meydandan çıxarılmasından sonra da, xeyli qol şanslarının olduğu bildirib:

"Komanda yaxşı çalışdı, bizim Ronadonun gedişindən sonra da qol vurmaq üçün yaxşı şanslarımız oldu. Biz təşəbbüsü layiqli şəkildə öz üzərimizə götürdük. Qırmızı vərəqə sadəcə gərginliyi artırdı. Valencia aqressiv oyun sərgiləyirdi, komandamızın müdafiəçiləri ispanların hücum axınının qarşısını çox yaxşı alırdı.

Ronaldunun qovulmasına gəlincə, onu deyə bilərəm ki, VAR sistemi hakimə həmin epizodda kömək etmiş olardı. Çempionlar Liqasının birinci turunda komandanı azlıqda qoymaq – bu hərəkətlər məndə təəccüb doğurur. Biz bu səbəbdən bu gün uduza bilərdik".