Messi Ronaldonu keçdi


İdman 19 Sen 2018 10:05:00 285 0

Messi Ronaldonu keçdi

Barcelona-nın hücumçusu Lionel Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb.

Goal.az xəbər verir ki, Çempionlar Liqasının birinci turunda PSV-ə qarşı oyunda Kataloniyanın hücumçusu rəqibin qapısından 3 qol (32; 77; 87-ci dəqiqələr) keçirib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, argentinalı ulduzun Çempionlar Liqasında 8-ci het-trikidir. Messi bu göstərici ilə turnir tarixində rekorda imza ataraq ən yaxşı oyunçu olub. Juventus-un hücumçusu Kriştian Ronaldo ondan 1 het-trik geri qalır.