Almeyda oynamadı, Astana xal itirdi


İdman 17 Sen 2018 15:29:00 253 0

Almeyda oynamadı, Astana xal itirdi

Qazaxıstan çempionatında 26-cı turun oyunları keçirilib. Goal.az xəbər verir ki, Qəbələ-nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu Astana da növbəti matçına çıxıb. Paytaxt təmsilçisi doğma meydanda Kaysar-la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Almeyda bu görüşün iştirakçısı olmayıb. O, bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Xal itkisinə baxmayaraq, Astana hazırda 58 xalla 12 iştirakçı arasında vahid liderdir.