Əliyar Ağayev Avroliqa matçına təyinat alıb


İdman 17 Sen 2018 13:31:00 360 0

Əliyar Ağayev Avroliqa matçına təyinat alıb

Azərbaycanlı FİFA referisi  Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb. Goal.az xəbər verir ki, həmyerlimiz İtaliyanın Lazio və Kiprin Apollon (Limassol) komandalarının oyununu idarə edəcək. 

Ona  Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək. 

Sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək Lazio - Apollon matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.