Sumqayıt-ın futbolçusu 50-ə çatdı


İdman 17 Sen 2018 13:12:00 255 0

Sumqayıt-ın futbolçusu 50-ə çatdı

Topaz Premyer Liqasının IV turunun Qarabağ-la səfər matçı Sumqayıt-ın futbolçusu Rail Məlikov üçün əlamətdar olub. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi 50-ci dəfə Sumqayıt formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.

Məlikov Sumqayıt-ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur.