Keniyalı atlet dünya rekordu müəyyənləşdirib


İdman 16 Sen 2018 16:06:00 220 0

Keniyalı atlet dünya rekordu müəyyənləşdirib

2016-cı ilin Olimpiya çempionu, keniyalı Eliud Kipçoqe Berlin marafonunun qalibi olub. Goal.az xəbər verir ki, marafon qaçışında yeni dünya rekordu müəyyənləşdirib. İdmançı 42194 metr məsafəni 2 saat 1 dəqiqə 39 saniyəyə qət edib. Eliud Kipçoqe bu nailiyyətlə Denis Kipruto Kimmetonu 1 dəqiqə 18 saniyə üstələyib. Kimmeto bu rekorda 2016-cı ilə imza atıb. Həmin göstərici də həmçinin Berlin marafonunda əldə edilib.