Napoli-nin prezidenti Xorvatiyada klub almaq istəyir


İdman 16 Sen 2018 12:44:00 279 0

Napoli-nin prezidenti Xorvatiyada klub almaq istəyir

Napoli-nin prezidenti Aurelio De Laurentis daha bir klub almaq arzusundadır. Goal.az xəbər verir ki, italyan funksioner Xorvatiyanın məşhur klubu Hajduk-un səhmlərinə sahib çıxmaq istəyir. Klub hazırda maliyyə problemi ilə üzləşib. Onun səhmləri azarkeşlərə məxsusdur. Laurentis belə deyib: “Mənə şans verin, Hajduk-u alım”.

Laurentisin bu açıqlamasına Neapolun meri Luici De Macistris ironiya ilə cavab verib: “Yaxşı olardı ki, o, daha bir futbolçu alsın”. Laurentis bir müddət əvvəl İtaliyada başqa bir klubu - Bari-ni də alıb.