Ramil Şeydayevin komandası 4 cavabsız qolla uduzub


İdman 16 Sen 2018 12:03:00 307 0

Ramil Şeydayevin komandası 4 cavabsız qolla uduzub

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb. Komanda  səfərdə Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 0:4. Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 7 turdan sonra 7 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.