Zirə qələbə qazansa da, texniki məğlubiyyətə məruz qalacaq


İdman 16 Sen 2018 09:44:00 263 0

Zirə qələbə qazansa da, texniki məğlubiyyətə məruz qalacaq

Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Səbail” - “Zirə” matçı 1:1 hesabıyla başa çatıb.  Amma bu qarşılaşmanın nəticəsi böyük ehtimalla ləğv olunacaq. Goal.az xəbər verri i, buna qonaq komandanın yaş limiti ilə bağlı oyunun protokolunda kobud səhvə yola verməsi səbəb olub.

Belə ki, protokolda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bu üzdən də matçın nəticəsinin ləğv olunması, qonaqlara isə texniki məğlubiyyət verilməsi gözlənilir.

Məlumata görə, komandanın 2000-ci il təvəllüdlü futbolçusu Hüseyn Əhmədovun lisenziyası oyundan əvvəl matçın 4-cü hakiminə təqdim olunub. Amma futbolçunun adı protokolda qeyd olunmayıb. Birinci hissədə ehtiyat skamyada oturan Hüseyn Əhmədov matçın ikinci hissəsində oyunun hakim-inpektoru Fazil Mürşüdov tərəfindən həmin yerdən kənarlaşdırılıb. Məsələ ilə bağlı yekun qərarı AFFA-nın İntizam Komitəsi verəcək. Bu oyun “Zirə”nin yeni baş məşqçisi Samir Abasovun debüt qarşılaşması idi. Lakin göründüyü kimi, onun debütü çox uğursuz alındı.