Ölkə birinciliyində son qaliblərin adları bilindi


İdman 15 Sen 2018 16:44:00 274 0

Ölkə birinciliyində son qaliblərin adları bilindi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub. 

Goal.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.Körpücük üzərinə son olaraq 85, 94, 105 və +105 kq çəki dərəcələrində yarışan atletlər çıxıblar. Müvafiq olaraq Cavid Rəhimli, Tarmenxan Babayev, Əliş Nəzərov və İsmayıl Qurbanov qızıl medal qazanıblar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.