Arsenal 2 futbolçu ilə peşəkar müqavilə imzaladı


İdman 15 Sen 2018 15:47:00 237 0

Arsenal 2 futbolçu ilə peşəkar müqavilə imzaladı

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə Arsenal-ı iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi Bukayo Saka və Artur Okonkvonu əsas komandaya cəlb edib. Müqavilələrin detalları açıqlanmır.

Qeyd edək ki, hər iki futbolçu daha öncə Arsenal-ın 18 yaşlılardan ibarət komandasında çıxış edib. Qarabağ-ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.