“Messi anasını itirmiş uşaq kimi ağlayırdı”


İdman 15 Sen 2018 09:56:00 233 0

“Messi anasını itirmiş uşaq kimi ağlayırdı”

Argentina millisinin sabiq fiziki hazırlıq üzrə məşqçisi Elvio Paolorosso maraqlı açıqlaması ilə gündəmə gəlib.

Goal.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, 2016-cı ildə Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra (0:0, penaltilərlər 2:4) Lionel Messinin düşdüyü acınacaqlı vəziyyəti xatırlayıb: “Oyundan sonra paltardəyişmə otağında vəziyyət çox pis idi. Amma daha pisi qarşıda idi. Təxminən gecə iki radələridə mən Leonun otağına daxil oldum. Messi həmin anda anasını itirmiş uşaq kimi ağlayırdı. O, çox qəmli idi. Heç kim Leonu sakitləşdirə bilmirdi. Mən onu qucaqladım və biz birgə ağladıq”.