Beşiktaş Alvaro Neqredonun taleyinə aydınlıq gətirdi


İdman 13 Sen 2018 18:11:00 279 0

Beşiktaş Alvaro Neqredonun taleyinə aydınlıq gətirdi

Beşiktaş-da qalıb-qalmayacağı müzakirə olunan Alvaro Neqredonun taleyinə aydınlıq gəlib. Goal.az xəbər verir ki, daha öncə bir neçə dəfə Neqredo üçün Beşiktaş-ın qapısını döyən BƏƏ-nin Al Nəsr”klubu dünən futbolçu üçün son təklifini göndərib. “Qara qartallar” ərəb klubunun 1 milyon avroluq təklifini qəbul edib. Baş məşqçi Şenol Günəş də “Mən Neqredonun qalmasının lehinəyəm, amma özü getmək istəyirsə və klub üçün də bu lazımdırsa, edəcək bir şey yoxdur” deyərək, futbolçunun gedişinə razılıq verib.

33 yaşlı futbolçu yeni klubunda ilinə 7 milyon avro qazanacaq. 2017-ci ildən Beşiktaş-da çıxış edən ispan hücumçu keçirdiyi 33 oyunda 9 qolla yadda qalıb.