Meneceri Poqbaya nə söz verib?


İdman 13 Sen 2018 16:32:00 324 0

Meneceri Poqbaya nə söz verib?

İngiltərə mediasında Manchter United futbolçusu Pol Poqbanın baş məşqçi Joze Mourinyo ilə problemlər yaşadığı və Barcelona-ya transfer olunmaq istədiyi ilə bağlı iddiaların olduğunu xəbər vermişdik. Goal.az xəbər verir ki, Fransa millisinin üzvü La Liqaya transfer olunmaq üçün menecerindən söz alıb. Bu barədə məlumatı İngiltərənin “Manchester Evening News” xəbər agentliyi verib. Xəbərdə bildirilir ki, futbolçunun meneceri Mino Rayola, yarımmüdafiəçi “qırmızı şeytanlar”la müqavilə imzalamamışdan əvvəl “3 il Manchester United oyna, sonra İspaniyaya transfer olunacaqsan” deyə, söz verib.

Mançesterdə 3-cü ilini keçirən Poqbanın mövsümün sonunda Barcelona-ya, ya da Real-a transfer olunacağı gözlənilir. 2016-cı ildə 105 milyon avro müqabilində Juventus-dan transfer olunan 25 yaşlı futbolçu, son iki mövsümdə onun üçün ödənilən pulun qarşılığını verməməkdə ittiham olunur.