İtaliya millisində 20 ildən sonra ilk


İdman 12 Sen 2018 10:56:00 262 0

İtaliya millisində 20 ildən sonra ilk

İtaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Portuqaliyaya 0:1 hesabı ilə uduzub. 

Goal.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Skuadra Adzurra”nın start heyətində dünənki görüşdə Juventus-un heç bir futbolçusu yer almayıb.Sonuncu belə hal 20 il əvvəl yaşanıb. Belə ki, DÇ-1998-də Kamerunla görüşdə Juventus-un heç bir futbolçusu start heyətinə düşməmişdi. 

Portuqaliya ilə matçda baş məşqçi Roberti Mançini start heyətində Milan, Roma, Torino, Genoa, Lazio, Fiorentina, SPALChelsea-nin oyunçularına şans verib. 

Maraqlıdır ki, İtaliya millisində olmasa da, sözügedən matçda Portuqaliya yığmasında Juventus-un üzvü olub. Söhbət müdafiəçi Joau Kanseludan gedir.