Kurtua: "Azarkeşlərin münasibəti məni məyus edir"


İdman 10 Sen 2018 12:09:00 341 0

Kurtua: "Azarkeşlərin münasibəti məni məyus edir"

Real-ın qapıçısı Tibo Kurtua sabiq klubu Chelsea azarkeşlərinin onu tənqid etməsinə münasibət bildirib. Goal.az xəbər verir ki, Kurtua buna görə təəssüfləndiyini deyib. O, azarkeşlərin əsl həqiqəti bilmədikləri üçün belə etdiklərini də qeyd edib.

“Məyusam. Aydındır ki, Chelsea azarkeşləri əsl həqiqəti bilmirlər. Qərar hələ mart ayında qəbul edilmişdi. Keçid reallaşan ərəfədə mən məşqlərə gəlmirdim. Çünki komandanı narahat etmək istəmirdim. Azarkeşlərin münasibəti məni məyus edir. Çünki mən həqiqətən də Chelsea-ni sevirdim. Bu klubda oynamaq xoş idi. Ancaq İspaniyaya qayıdıb övladlarımın yanında olmaq mənim üçün vacib idi.

Bilirəm ki, klubun əksər azarkeşləri mənim qərarımı başa düşürlər. Onlara ən xoş arzularımı çatdırıram. Sevinirəm ki, Chelsea Premyer Liqanın ilk 4 turunda qələbə qazanıb. İnanıram ki, onlar çempion olacaqlar”.