Azərbaycan yığması Millətlər Liqasına 1 xalla başladı


İdman 07 Sen 2018 21:55:00 297 0

Azərbaycan yığması Millətlər Liqasına 1 xalla başladı

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxıb. Goal.az xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda baş tutan oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağı idi.

Komandamız qrupun əsas favoritlərindən biri hesab olunan Kosovo ilə görüşdə qələbə qazanmağı hədəfləmişdi. Əks halda yığmamızın qrup birinciliyi şansları azala bilərdi. Oyunda 90 dəqiqə ərzində qol olmayıb. Nəticədə, Azərbaycan yığması Millətlər Liqasına heç-heçə ilə başlayıb.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup7 sentyabr

Azərbaycan - Kosovo 0:0

Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland

Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).

Bakı Olimpiya Stadionu.