Qarabağ-ı sentyabrda çətin oyun qrafiki gözləyir


İdman 06 Sen 2018 16:47:00 266 0

Qarabağ-ı sentyabrda çətin oyun qrafiki gözləyir

Qarabağ klubunu UEFA Millətlər Liqası ilə əlaqədar yaranan fasilədən sonra ağır qrafik gözləyir. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi 20 gün ərzində 6 oyun keçirəcək. Bunlardam 2-si Avropa Liqasının, 4-ü isə Azərbaycan Premyer Liqasının matçlarıdır. Ölkə çempionu sentyabrın 15-də Premyer Liqanın IV turu çəvivəsində Sumqayıt-ın qonağı olacaq. Ağdam klubuAvropa Liqasının qrup mərhləsində ilk matçını isə senytabrın 20-si səfərdə Portuqaliya "Sportinq"inə qarşı keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu qarşılaşmadan 3 gün sonra çempionatın V turunda evdə "Qəbələ"ni sınağa çəkəcək.

Ağdam təmsilçisinin avrokuboklardakı çıxışına görə, çempionatın I turundan təxirə salınan görüşü də çətin oyunlar ərəfəsində baş tutacaq. Komanda sentyabrın 26-da doğma azarkeşlər önündə Zirə ilə üz-üzə gələcək. Qarabağ-ın çempionatın VI turundakl oyunu da 3 gün sonra olacaq. Sentyabrın 29-u rəqib Premyer Liqanın debütantı Sabah komandasıdır. Bununla da Ağdam klubu 7 gün ərzində 3 Premyer Liqa qarşılaşmasına çıxacaq. Komanda Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu oktyabrın 4-də İngiltərənin Arsenal-ı kollektivinə qarşı keçirəcək.

Qarabağ Premyer Liqada 4 xalla 5-ci pillədə qərarlaşıb. Lakin 3-cü sıradakı Qəbələ və 4-cü yerdəki Sumqayıt da eyni xala malikdir.