Danimarkanın yarıpeşəkar milli komandası uduzdu


İdman 06 Sen 2018 13:30:00 282 0

Danimarkanın yarıpeşəkar milli komandası uduzdu

Danimarka millisi  Slovakiya ilə yoxlama oyunu keçirib. Goal.az xəbər verir ki, Danimarkadan futzalçılar və aşağı liqalarda oynayan futbolçuların meydana çıxdığı matçda Slovakiya 3:0 hesabı ilə qalib gəlib.

Slovakiya - Danimarka - 3:0
Qollar:
 Adam Nemeç, 11, Albert Rusnak, 37, Adam Foq, 79-avtoqol

Qeyd edək ki, Danimarkada federasiya ilə milli üzvləri arasında yaşanan kommersiya hüququ problemi oyunçuların yığmadan imtina etməsi ilə nəticələnib. UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində tamamilə yeni komanda formalaşdırıb. Maraqlıdır ki, 23 nəfərlik heyətdə futzal yığmasının 4 üzvü də yer alıb. Digərləri isə Danimarkanın aşağı liqalarında oynayan futbolçulardır.