"Ümid edirəm, qardaş ölkə Azərbaycanda final oynayacağıq"


İdman 05 Sen 2018 17:40:00 263 0

"Ümid edirəm, qardaş ölkə Azərbaycanda final oynayacağıq"

Türkiyənin Galatasaray klubunun prezidenti Mustafa Cengiz UEFA Çempionlar Liqasında zəif qrupa düşdüklərinə dair iddialara münasibət bildirib. Goal.az xəbər verir ki, klub rəhbəri belə iddiaları incə yumor adlandırıb və buna güldüyünü deyib.

M.Cengiz həmçinin Bakıda keçiriləcək Avropa Liqasının finalında oynamaq istədiklərini vurğulayıb: "Ümid edirəm ki, qardaş ölkə olan Azərbaycanda final matçı keçirəcəyik". Galatasaray Çempionlar Liqasının qrup mərhələsində Lokomotiv (Rusiya), Schalke (Almaniya) və Porto (Portuqaliya) ilə qarşılaşacaq. İstanbul klubu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında çıxış etmək üçün qrupda yalnız 3-cü yeri tutmalıdır.