Millimizin heyətində dəyişiklik


İdman 04 Sen 2018 10:35:00 297 0

Millimizin heyətində dəyişiklik

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb.

Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev dəvət olunub.