Mourinyo: "Onların məqsədi ÇL-də uğur qazanmaqdır"


İdman 03 Sen 2018 15:32:00 245 0

Mourinyo: "Onların məqsədi ÇL-də uğur qazanmaqdır"

Manchester United-in baş məşqçisi Joze Mourinyo yay transfer pəncərəsində Kriştiano Ronaldonun transferindən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Goal.az portuqaliyalı mütəxəssis mövsümün əvvəlində həmyerlisinin transfer məsələsinin müzakirə olunmadığını söyləyib:

"Mənə heç vaxt Ronaldonu almaq təklif olunmayıb. Ümumiyyətlə, bu məsələ müzakirə belə edilməyib".

Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki əsas rəqibləri olan "Juventus" haqda da danışıb: "Juventus" Çempionlar Liqasında qalib olmaq üçün futbolçu alan klublardan biridir. Onlara İtaliya çempionatında uğur qazanmaq üçün vəsait ayırmaq lazım deyil. Çünki artıq 6-7 il ardıcıl bu titula sahib çıxıblar.

Onların məqsədi ÇL-də uğur qazanmaqdır. "Juventus" "Liverpool"la yanaşı, bu yay transferə çox pul xərcləyən top-komandadır. Ronaldo, Əmrə Can və Leonardo Bonuççi kimi fantastik futbolçularla müqavilə bağladılar. Ancaq onları Çempionlar Liqasında bizə qarşı 2 ağır oyun gözləyir".

Mancheser United Çempionlar Liqasının H qrupunda "Juventus"la yanaşı, "Valencia" və "Young Boys" klubları ilə mübarizə aparacaq.