Marseille-dən hücumçu transferi


İdman 02 Sen 2018 17:15:00 282 0

Marseille-dən hücumçu transferi

Marseille yay transfer pəncərəsinin bağlanmasına saatlar qalmış hücumçu transferi reallaşdırıb. Goal.az xəbər verir ki, "provanslar" Crvena Zvezda klubunun hücumçusu Nemanya Radoniçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.

Marsel klubunun bu transferə görə 12 milyon avrosundan keçdiyi bildirilir. 22 yaşlı serbiyalı futbolçu 7 nömrəli forma altında çıxış edəcək. Nemanya ötən ildən Serbiya yığmasına da dəvət olunur.