Qəbələ özünə rəqib tapıb


İdman 02 Sen 2018 16:52:00 219 0

Qəbələ özünə rəqib tapıb

Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində "Qəbələ" yoxlama oyunu keçirəcək. Goal.az xəbər verir ki, "qırmızı-qaralar" 1-ci divizion təmsilçisi MOİK-lə qarşılaşacaq. Qarşılaşma sentyabrın 4-də, "Bakı"nın bazasında keçiriləcək.

"Qəbələ" Topaz Premyer Liqasının 3 turundan sonra 4 xal toplayaraq, 3-cü pillədə qərarlaşıb.