İndoneziya Olimpiya oyunlarına ev sahibliyi etmək istəyir


İdman 01 Sen 2018 17:53:00 268 0

İndoneziya Olimpiya oyunlarına ev sahibliyi etmək istəyir

İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək.  Goal.az xəbər verir ki, bu barədə ölkə prezidenti Coko Vidodo açıqlama verib.

O bildirib ki, hazırda İndoneziyanın təşkil etdiyi Asiya Oyunları təcrübəsi sayəsində daha böyük idman tədbirinə ev sahibliyi etmək olar.  Bu təşəbbüsü Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da dəstəkləyib. Almaniyalı funksioner Asiya Oyunlarının Olimpiada-2032-yə namizədlik üçün ciddi zəmin yaratdığını vurğulayıb. 

2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda, 2024 və 2028-ci il olimpiadaları isə müvafiq olaraq Fransanın paytaxtı Parislə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq. Hələlik 2032-ci il olimpiadasını təşkil etmək istəyini Rusiya (Sankt-Peterburq) və Hindistan dilə gətirib.