Çempionlar Liqasının favoritləri açıqlanıb


İdman 01 Sen 2018 15:31:00 241 0

Çempionlar Liqasının favoritləri açıqlanıb

Çempionlar Liqasının qrup mərhələsinin püşkü atıldıqdan sonra bukmeker kontorları da əmsalları açıqlayıblar. Goal.az xəbər verir ki, kontorlar 2018/19 mövsümündə ÇL-də Manchester City-nin favorit olduğunu güman edirlər. Xosep Qvardiolanın komandasının əmsalı 5,75 müəyyənləşdirilib.

Sonrakı yerlərdə isə cüzi fərqlə Barcelona və Juventus qərarlaşıb. Hər iki komandanın əmsalı eynidir - 7.00. Qrup mərhələsinə sentyabrın 18-də start veriləcək və dekabrın 12-də yekunlaşacaq.

ÇL-in final oyunu iyunun 1-də Madriddə keçiriləcək.