Real-ın hücumçusu icarəyə göndərildi


İdman 01 Sen 2018 10:30:00 247 0

Real-ın hücumçusu icarəyə göndərildi

Lyon-dan Mariano Diası qaytaran və 7 nömrəli formanı ona verən Real heyətdəki digər hücumçunu icarəyə göndərib. Goal.az xəbər verir ki, söhbət Borxa Mayoraldan gedir. Levante 21 yaşlı forvardı mövsümün sonuna kimi heyətinə qatıb. Onunla Leganes və Alaves klubları da yaxından maraqlanırdı.

Gənc forvard son mövsümdə “kral klubu” ilə 20 qarşılaşmada iştirak edib və 6 qolla yadda qalıb.