Araz Abdullayev Qarabağ-a keçə bilər


İdman 30 Avq 2018 13:51:00 259 0

Araz Abdullayev Qarabağ-a keçə bilər

Millimizin futbolçusu Araz Abdullayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Goal.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi  bir müddət əvvəl məşqlərində  iştirak etdiyi  Qarabağ-a transfer oluna bilər.

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Sheriff-lə cavab oyunu öncəsi bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Arazın bəzi klublarla problemləri var. Biz dünəndən maraqlanmağa başlamışıq ki, bunu necə həll etmək olar. Öz tərəfimizdən kömək etməyə çalışırıq. Həmin klublardan istədiyimiz cavabı ala bilsək, onu komandamıza cəlb edə bilərik. Arazın müqaviləsi var və buna görə də sərbəst futbolçu deyil".

Qeyd edək ki, A.Abdullayev bu yay Yunanıstanın Panionios klubu ilə müqavilə imzalayıb. Ancaq o, sonra bu klubda oynamaqdan imtina edib. A.Abdullayevlə Avstriya Bundesliqa təmsilçisi Mattersburg-un da ciddi maraqlandığı iddia olunur.