La Liqa klubundan hücumçu transferi


İdman 29 Avq 2018 10:20:00 289 0

La Liqa klubundan hücumçu transferi

İspaniya La Liqasında mübarizə aparan Girona heyətini gücləndirib. Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Sporting-in Fil Dişi Sahilindən olan hücumçusu Seydu Dumbiyanı heyətinə qatıb.

30 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Dumbiya 2017-ci ildən Lissabon klubunda çıxış edirdi. O, vaxtilə CSKA (Moskva, Rusiya), Roma (İtaliya), Newcastle United (İngiltərə) kimi klubların da şərəfini qoruyub.