Manchester United-in Bakıdakı məktəbi fəaliyyətini dayandırdı


İdman 28 Avq 2018 12:42:00 296 0

Manchester United-in Bakıdakı məktəbi fəaliyyətini dayandırdı

Manchester United-in Bakıdakı məktəbi fəaliyyətini dayandırıb.

Goal.az-ın xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Bildirilir ki, uşaq futbolunun inkişafı məqsədilə 2014-cü ildə təsis olunan, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Bakcell şirkəti və İngiltərənin “Mançester Yunayted” klubunun birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyət müddəti tərəflər arasında bağlanmış müqaviləyə əsasən başa çatıb.

Fəaliyyət müddəti ərzində layihə Bakcell şirkəti tərəfindən dəstəklənirdi.