Nazim Süleymanov: "Qarşımıza konkret neçə xal toplamaq məqsədi qoyulmayıb"


İdman 26 Avq 2018 13:18:00 289 0

Nazim Süleymanov: "Qarşımıza konkret neçə xal toplamaq məqsədi qoyulmayıb"

"Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi, futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər".

Goal.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Nazim Süleymanov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

3 oyuna 4 xal yaxşı nəticə hesab edilə bilərmi?

- Qarşımıza konkret neçə xal toplamaq məqsədi qoyulmayıb. Qismət belə imiş.

Yeni hücumçu Atilla Yıldırımın debütü barədə fikirləriniz necədir?

- Atilla ikinci hissədə meydana daxil olsa da, xoş təsir bağışladı. Güc futboluna üstünlük verir. Yaxşı ki, indi fasilə var, formaya düşə bilər.

Vurğun Hüseynovun yoxluğu nə ilə bağlı idi?

- Kiçik zədəsi var.

Cavid Tağıyevdə sanki nəsə çatışmır...

- İlk yarıda yorğun olduğunu hiss etdik və fasilədə onu əvəzlədik. (report)