Zirə debütanta uduzdu


İdman 26 Avq 2018 10:03:00 334 0

Zirə debütanta uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində daha bir oyun keçirilib.

Goal.az xəbər verir ki, "Zirə" debütant "Sabah"ı qəbul edib.

"Dalğa Arena"da baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Marko Deviçin 2 və 30-cu dəqiqələrdə vurduğu qollarla qalib gəlib. Yay fasiləsində paytaxt klubuna qoşulan ukraynalı forvard cari çempionatda vurduğu qolların sayını 4-ə çatdırıb və bombardirlik yarışında mövqeyini möhkəmlədib.

Bu qələbədən sonra xalını 6-ya çatdıran "Sabah" 2-ci pilləyə yüksəlib. Debütant eyni xala malik "Neftçi"dən top fərqinə görə geri qalır. Hesabında 1 xalı olan "Zirə" isə 1 pillə geriləyib və 7-ci yerə düşüb.

Turun açılış oyununda "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Həftəyə avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.