İngilis azarkeşi doyən Roma fanatı həbs olundu


İdman 25 Avq 2018 11:15:00 312 0

İngilis azarkeşi doyən Roma fanatı həbs olundu

Roma klubunun fanatı Daniel Şiusko Liverpool-un azarkeşini döydüyünə görə, 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Goal.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Liverpool Echo" nəşri yazıb.

Ötən mövsüm aprelin 24-də Şiusko və İtaliya klubunun daha bir fanatı Filippo Lombardi Liverpul şəhərində Çempionlar Liqasının yarımfinal matçı öncəsi 53 yaşlı kişiyə hücum edərək ona müxtəlif xəsarətlər yetiriblər. Sonuncu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Lombardinin məhkəməsi bu ilin sonunda keçiriləcək.