Sneyder vida oyununa çıxacaq


İdman 23 Avq 2018 16:14:00 290 0

Sneyder vida oyununa çıxacaq

Milli karyerasını bitirdiyini açıqlayan Uesli Sneyder Hollandiya yığmasında son oyununa çıxacaq. Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada vida oyununu keçirəcək.

Bu barədə Hollandiya mətbuatına açıqlama verən futbolçu vida matçını on doğma olan “Amsterdam Arena”da olacağını bildirib: “Görüş mənim evimdə - “Amsterdam Arena”da keçiriləcək. Meydana mənə əziz olan formada çıxacam” – deyə o bildirib. Hazırda Qətərin Al-Gharafa klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır. O, yığmanın heyətində 133 oyuna 31 qol vurub.