Şeydayev: "Məndən nə tələb olunduğu yaxşı başa düşürəm"


İdman 23 Avq 2018 15:50:00 251 0

Şeydayev: "Məndən nə tələb olunduğu yaxşı başa düşürəm"

Krılya Sovetov-un yeni transferi Ramil Şeydayev klub saytına açıqlama verib. Goal.az xəbər verir ki, millimizin üzvü bunları deyib:

“Şadam ki, Premyer Liqada debüt etdim. Ancaq uduzduğumuz üçün bu, ikinci planda qalır. Qələbənin dadı tamam başqadır. İlk hissədə yaxşı oynamadıq. Ancaq ikicni hissədə aydın olmadı ki, kim birinci diviziondan çıxıb, kim Rusiya çempionudur. Stadion əladır. Azarkeşlər çox xoşuma gəldi. Hətta məğlub olduğumuzun oyundan sonra da dəstəklərini əsirgəmədilər. Sonadək bizi alqışladılar. Buna görə onlara minnətdaram. Ümid edirəm ki, növbəti oyunlarda da bizi bu cür dəstəkləyəcəklər”.

Gənc hücumçu komandanın əsas üzvünə çevrilmək istədiyini də əlavə edib: “Bir həftədir komandadayam. Ancaq futbolu birinci dəfə oynamıram və məndən nə tələb olunduğu yaxşı başa düşürəm. Tapşırıqları yerinə yetirməyə çalışacam ki, komandaya mümkün qədər çox fayda verim.

Onu deyə bilərəm ki, ilk dəqiqədən meydanda olmaq, komandama daha çox kömək etmək istəyirəm. Çalışacam. Hər şey baş məşqçimizin dediyi kimi olacaq: o, nə vaxt qərar versə ki, mən hazıram, onda meydana çıxacam".